Azərbaycan Dillər Universitetində (ADPU) səriştə əsaslı kurikulumun sınağı

Təhsil sahəsinə aid  AzMKÇ 7 (yenidən hazırlanma) səviyyəsini əhatə  edən “Məktəb meneceri” üçün hazırlanmış səriştə əsaslı kurikulum və onun əsasında Tədris və Təlim materialları hazırlanmışdır. Hazırlanmış materialların sınağına Azərbaycan Dillər Universitetində (ADU) başlanılmışdır. Covid-19 virusunun yaratdığı problemlər nəticəsində sınağın davamı Zoom proqramı ilə online həyata keçirilmişdir. Hazırlanmış Tədris və Təlim materialları ilə təhsil müəssisəsi təmin edilmişdir. Sınaq prosesində 24 təhsil müəssisəsinin direktorları və müavinlər iştirak etmişdir. Onlar təlim prosesində əldə etdikləri yeni məlumatların faydalı olduğu və gələcək fəaliyyətlərində tətbiq etməsini vurğulamışdılar.


14.04.2020

Qalereya