Ümumi məlumat

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi

Kvalifikasiya nədir?

Kvalifikasiya - şəxsin müvafiq standartlara uyğun olan təlim nəticələrinin əldə edilməsi haqqında səlahiyyətli qurum tərəfindən aparılan qiymətləndirmə və təsdiqetmə prosesinin rəsmi nəticəsidir (sertifikat, attestat, diplom).

Milli Kvalifikasiyalar Çərşivəsinin vacibliyi

Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ) əmək bazarı və vətəndaş cəmiyyəti ilə münasibətdə milli kvalifikasiya alt sistemlərinin bir-biri ilə əlaqələndirilməsi və inteqrasiyası, eləcə də kvalifikasiyaların şəffaflığı, əldə olunması imkanı, ardıcıllığı və keyfiyyətinin inkişaf etdirilməsi məqsədini daşıyan və əldə olunan təlimin konkret səviyyələri üzrə müəyyən edilən meyarlar əsasında kvalifikasiyaların təsnifat vasitəsidir.

MKÇ təhsil ilə əmək bazarını birləşdirməklə kvalifikasiyaların gücləndiriməsi üçün təlim nəticələrinə əsaslanan yanaşmanın təşviqində, kvalifikasiyaların və bütövlükdə təhsil sisteminin şəffaflığının təkmilləşdirilməsində, ömürboyu təhsil imkanlarının təqdim edilməsində və təhsil ilə əlaqəli siyasət və qanunvericilikdə islahatların aparılmasında mühüm rol oynayır.  

MKÇ təhsil proqramlarının hazırlanması və akkreditasiyasını asanlaşdırır, əvvəlki təhsil də daxil olmaqla kvalifikasiyaların tanınmasını təmin edir, təhsilalanların və işçilərin gələcək təhsil və karyeralarını planlaşdırmaq məqsədi ilə digər ölkələrə rahat keçidini dəstəkləyir.          

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) nədir? 

( http://e-qanun.az/framework/39622; http://www.nqf.az/index.php/az/senedler/mkdzzherar )

AzMKÇ:

  • milli kvalifikasiyaları sistemləşdirir və onların beynəlxalq kvalifikasiyalarla uyğunluğunu asanlaşdırır;
  • Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsinə və Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsinə istinad edir;
  • fərqli kvalifikasiyaları təsvir, təsnif, müqayisə etməyə və başa düşməyə köməklik edir;
  • formal, qeyri-formal və informal təhsil nəticəsində əldə olunmuş nailiyyətlərin tanınmasını və təsdiq edilməsini asanlaşdırır;
  • ümumi təhsil, peşə təhsili və təlimi, orta ixtisas təhsili, ali təhsil və əlavə təhsil üzrə kvalifikasiyaları əhatə edir;
  • ömürboyu təhsil konsepsiyasını və imkanlarını təşviq edir;
  •  8 səviyyədən ibarətdir.

grafik az

AzMKÇ-dən kimlər faydalana bilər?

AzMKÇ təhsil və iş dünyası ilə əlaqəsi olan hər bir kəs üçün nəzərdə tutulmuşdur. AzMKÇ-dən əsasən aşağıdakılar faydalana bilər

Fərdlər

Təşkilatlar

  • Təhsilalanlar
  • AzMKÇ-ə cavahdeh olan əsas qurumlar
  • Təhsilverənlər
  • Müvafiq dövlət və özəl müəssisələr 
  • İşçilər
  • Təhsil və təlim verən müəssisələr
  • İş axtaranlar
  • İşəgötürənlər və onların birlikləri
  • Karyera (peşəyönümü) məsləhətçiləri

 

  • Müvafiq ekspert və məsləhətçilər

 

AzMKÇ-nin üstünlükləri 

Bilirdinizmi AzMKÇ:

  • bu sahədə müvafiq siyasət, qaydalar, qanunvericilik və institusional sistemləşdirmə işlərində islahatlar aparmaq üçün əlavə tədbirlər görməyə;
  • Düzgün sistemləşdirilən və əlaqələndirilən alt sistemlər vasitəsilə əlaqəli, şəffaf və inteqrasiya edilmiş kvalifikasiya sistemini qurmağa;
  • kvalifikasiyaların əldə edilməsi imkanını, ardıcılığını, keyfiyyətini və şəffaflığını artırmağa və bir-biri ilə əlaqələndirməyə;
  • bütün kvalifikasiyaların tanınmasının və təsdiq edilməsinin təşviqinə;
  • təhsil ilə iş dünyasını birləşdirməklə yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanmasına;  
  • özlərinə uyğun təhsil və iş karyerası müəyyən etmək üçün təhsilalanların, təhsilverənlərin və işçilərin yerli və beynəlxalq səviyyədə mobilliyini asanlaşdırmağa imkan verir. 

AzMKÇ-nin icrası

AzMKÇ 2018-ci ilin 18 iyul tarixində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir. AzMKÇ-nin icrasına cavabdeh olan əsas qurumlar Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. AzMKÇ təsdiq edildiyi gündən onun icrasını sürətləndirmək məqsədi ilə bir çox işlər və tədbirlər həyata keçirilmişdir:

  • müvafiq qanunvericilik sənədlərinə peşə yönümü, peşə standartları, səriştəəsaslı təhsil və kurikulum, qiymtləndirmə, qeyri-formal təhsilin tanınması ilə bağlı əlavə və düzəlişlərin edilməsi;
  •  “Peşə təhsilinin dövlət standartları”nın, “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiqi;
  • Təhsil Nazirliyinin tabeliyində “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin”nin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində  “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın və “Bacarıqların İnkişaf Etdirilməsi üzrə Sahə Komissiyaları”nın yaradılması;   
  • donor təşkilatların dəstəyi ilə səriştə əsaslı kurikulumların, kvalifikasiya standartlarının və təlim materiallarının hazırlanması və pilotunun həyata keçirilməsi;
  • AzMKÇ-nin icrasının təmin edilməsi məqsədilə 2019-2030-ci üçün Məşğulluq Strategiyası  və onun icrası üzrə Fəaliyyət Planında kompleks siyasət tədbirlərinin nəzərdə tutulması.

Bu nəşr Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” Layihəsi , çərçivəsində hazırlanıb. Burada istifadə olunmuş fikirlər heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir”.