Peşəyönümü üzrə məsləhətçi üçün detallar

Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatında şifri (kodu):

-

İqtisadiyyatın əhatə olunan sahələri:

Təhsil

İstinad edilən kvalifikasiya standartı:

Peşəyönümü üzrə məsləhətçi

 

Məşğulluq təsnifatında işin kodu:

9999

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

5 (yenidən hazırlanma)

Qəbul tələbləri:

Orta ixtisas təhsili

Məzunların təhsilini davam etditmə istiqamətləri:

  •   Təhsildə sosial-psixoloji xidmət
  •   Fəlsəfə;
  •   Psixologiya;
  •   Sosial iş.

Tam təhsil proqramının müddəti:

3 ay

Hədəf qrupu (kvalifikasiya üçün)

Orta ixtisas təhsilini və ya ali təhsili başa vurmuş istənilən şəxs

Verilən kreditlərin miqdarı:

28

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

Aprel, 2020-ci il

Yenilənmə üçün son tarix:

Aprel, 2025-ci il

Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Bu kvalifikasiya müəllimlər, təlimçilər və təhsilin bütün pillələrində çalışan digər müxtəlif peşə sahibləri üçün təhsil müddətində tələbələrə dəstək olmaq məqsədi ilə bilik və bacarıq vermək üçün nəzərdə tutulmuşdur. Kvalifikasiyanı əldə edən müəllimlər, usta və təlimçilər tələbələrə karyera məqsədlərini və karyera ambisiyalarına çatma potensiallarını idarə etməkdə dəstək vermək imkanı qazanacaqlar.