Tərbiyəçi-müəllim (məktəbəqədər) üçün detallar

Ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların təsnifatında şifri (kodu):

050112

İqtisadiyyatın əhatə olunan sahələri:

Təhsil

İstinad edilən kvalifikasiya standartı:

Tərbiyəçi-müəllim (məktəbəqədər)

Məşğulluq təsnifatında işin kodu:

2342

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

6 (yenidən hazırlanma)

Qəbul tələbləri:

Bakalavr təhsili

Məzunların təhsilini davam etdirmə istiqamətləri:

  • Məktəbəqədər təlim və tərbiyə;
  • Təhsildə sosial-psixoloji xidmət.

Tam təhsil proqramının müddəti:

3 ay

Hədəf qrupu (kvalifikasiya üçün)

Ali təhsilin bakalavriat pilləsini başa vurmuş istənilən şəxs

Verilən kredit dəyəri:

28

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

Aprel, 2020-ci il

Yenilənmə üçün son tarix:

Aprel, 2025-ci il

Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Tərbiyəçi-müəllim məktəbəqədər yaşda olan uşaqların tərbiyə, təhsil və inkişaf prosesini təşkil edir. Uşaqların məktəbə müsbət fikirlərinin, eləcə də adaptasiya üçün sosial və fərdi xüsusiyyətlərinin formalaşdırılmasını təmin edir. Onların fiziki qabiliyyətləri, kiçik, böyük və sensor (hissi) motorikanın inkişafı, intellektual hazırlıq baxımından yaradıcılıq qabiliyyəti, məntiqi təfəkkür, təxəyyül və nitqinin inkişaf prosesini həyata keçirir.