Lift təmiri üzrə elektromexanik köməkçisi üçün detallar

İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatında şifri (kodu):

030405

İqtisadiyyatın əhatə olunan sahələri:

Tikinti

İstinad edilən kvalifikasiya standartı:

Lift təmiri üzrə elektromexanik köməkçisi

Məşğulluq təsnifatında işin kodu:

7421

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

3

Qəbul tələbləri:

Ümumi orta təhsil

Məzunların təhsilini davam etdirmə istiqamətləri:

  • Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı;
  • Bina və qurğuların tikintisi və istismarı;
  • Elektrik maşınlarının və avadanlıqlarının güc elektronikası;
  • Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı.

Tam təhsil proqramının müddəti:

  • Ümumi orta təhsil bazasından qəbul olunanlar üçün – 2 il;
  • Tam orta təhsil bazasından qəbul olunanlar üçün – 1 il;
  • Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda təcrübə qazanmış şəxslər üçün – 3 ay

Hədəf qrupu (kvalifikasiya üçün)

Ümumi və ya tam orta təhsili başa vurmuş şəxslər

Verilən saatların miqdarı:

Təhsil müddəti 1 il - 1354

Təhsil müddəti 2 il – 2792

Təhsil müddəti 3 ay - 530

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

Fevral, 2019

Yenilənmə üçün son tarix:

Fevral, 2024

Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Lift üzrə elektromexanik köməkçisi müxtəlif növ kommersiya, istehsalat müsəssisələri və tikinti sahələrində lift avadanlıqlarının funksionallığının yoxlanmasına, təmir prosesinə və onlara texniki xidmət işlərinə kömək edir.