Lift təmiri üzrə elektromexanik üçün detallar

İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatında şifri (kodu):

030405

İqtisadiyyatın əhatə olunan sahələri:

Tikinti

İstinad edilən kvalifikasiya standartı:

Lift təmiri üzrə elektromexanik

 

Məşğulluq təsnifatında işin kodu:

7412

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

4

Qəbul tələbləri:

Ümumi orta təhsil

Məzunların təhsilini davam etditmə istiqamətləri:

  • Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı;
  • Bina və qurğuların tikintisi və istismarı;
  • Elektrik maşınlarının və avadanlıqlarının güc elektronikası;
  • Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı.

Tam təhsil proqramının müddəti:

3 il

Hədəf qrupu (kvalifikasiya üçün)

Ümumi orta təhsili başa vurmuş şəxslər

Verilən saatların miqdarı:

4140

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

Aprel, 2020-ci il

Yenilənmə üçün son tarix:

Aprel, 2025-ci il

Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Lift təmiri üzrə elektromexanik müxtəlif növ kommersiya və istehsalat müəssisələrində, yaxud tikinti sahələrində lift avadanlıqlarını quraşdırır, funksionallığını yoxlayır, təmir edir, onlara texniki xidmət göstərir və sınağını təşkil edir.