Uşaq baxıcısı üçün detallar

Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatında şifri (kodu):

-

İqtisadiyyatın əhatə olunan sahələri:

Səhiyyə və sosial xidmətlər

İstinad edilən kvalifikasiya standartı:

Uşaq baxıcısı

Məşğulluq təsnifatında işin kodu:

5131

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

5

Qəbul tələbləri:

Ümumi orta təhsil

Məzunların təhsilini davam etdirmə istiqamətləri:

  • Sosial iş;
  • Təhsildə sosial-psixoloji xidmət;
  • Məktəbəqədər təhsil;
  • Korreksiyaedici təlim;
  • İbtidai sinif müəllimliyi.

Tam təhsil proqramının müddəti:

3 il

Hədəf qrupu (kvalifikasiya üçün)

Ümumi orta təhsil başa vurmuş istənilən şəxs

Verilən kreditlərin dəyəri:

180

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

May, 2020-ci il

Yenilənmə üçün son tarix:

May, 2025-ci il

Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Uşaq baxıcısı öz evində məhdud sayda (1-4) uşağın qayğısına qalır. Uşağın təhlükəsiz, gigiyenik şəraitdə saxlanması, təlimatlara uyğun qidalandırılması və əyləndirilməsi ilə məşğul olur. Uşaq baxıcısı uşağın inkişaf edəcəyi, öyrənəcəyi və sosial bacarıqlarının artacağına imkan verən müsbət emosional, tərbiyəvi və stimullaşdırıcı mühit yaradır. O, hətta yeməyin hazırlanması, uşaqların bir yerdən digərinə təhlükəsiz şəkildə aparılıb-gətirilməsi kimi digər vəzifələri yerinə yetirə bilər.