Ali təhsilin müvafiq səviyyəsi üzrə ixtisasların təsnifatında şifri (kodu): |
050107 |
İqtisadiyyatın əhatə olunan sahələri: |
Təhsil |
İstinad edilən peşə standartı və kodu: |
İbtidai sinif müəllimliyi |
Məşğulluq təsnifatında işin kodu: |
2341 (Müəllim, ibtidai təhsil/peşəkar) |
Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi: |
6 |
Qəbul tələbləri: |
Tam orta təhsil |
Məzunların təhsilini davam etditmə istiqamətləri: |
|
Tam təhsil proqramının müddəti: |
4 il |
Hədəf qrupu (kvalifikasiya üçün) |
Tam orta təhsili başa vurmuş istənilən şəxs |
Verilən kredit dəyəri: |
210 |
Qəbul edən qurum: |
Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Təsdiq tarixi: |
Yanvar, 2019-cü il |
Yenilənmə üçün son tarixi: |
Yanvar, 2024-cü il |
Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri
İbtidai sinif müəllimi orta məktəblərin ibtidai təhsil pilləsində təhsilalan şagirdlərin təlim, tərbiyə və inkişafını həyata keçirir. O eyni zamanda şagirdlərdə məktəbə münasibətdə müsbət fikirlərini, eləcə də məktəbə adaptasiya olunmasını təmin edir. Şagirdlərin intellektual hazırlıq baxımından yaradıcılıq qabiliyyətinin, məntiqi təfəkkürün, təxəyyülün inkişaf etdirilməsi, eləcə də sosial və şəxsiyyətyönümlülük baxımından müstəqillik, məsuliyyətlilik, ünsiyyət və özünüqiymətləndirmə xüsusiyyətlərinin formalaşdırılması prosesini həyata keçirir.