Səriştə əsaslı qiymətləndirmə üzrə müfəttiş üçün detallar

Ali təhsilin müvafiq səviyyəsi üzrə ixtisasların təsnifatında şifri (kodu):

-

İqtisadiyyatın əhatə olunan sahələri:

Təhsil

İstinad edilən kvalifikasiya standartı:

Səriştə əsaslı qiymətləndirmə müfəttişi

Məşğulluq təsnifatında işin kodu:

9999

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

5 (yenidən hazırlanma)

 

Qəbul tələbləri:

Orta ixtisas təhsili (təhsil sahəsində ixtisaslı və təcrübəli qiymətləndirici)

Məzunların təhsilini davam etditmə istiqamətləri:

Baş müfəttiş və ya menecer, direktor

Tam təhsil proqramının müddəti:

3 ay (dəyişə bilər)

Hədəf qrupu (kvalifikasiya üçün)

Orta ixtisas təhsilini və ya ali təhsili başa vurmuş istənilən şəxs

Verilən kredit dəyəri:

28

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

Dekabr, 2019-cu il

Yenilənmə üçün son tarix:

Dekabr, 2024-ci il

      Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Səriştə əsaslı qiymətləndirmə müfəttişi qiymətləndirmə fəaliyyətlərinin müvafiq prosedur, təcrübə və tələblərə uyğunluğunu təmin edir. O, daxili keyfiyyət təminatı prosesinin planlaşdırılması, qiymətləndirmənin keyfiyyətinin planlı monitorinqi, qiymətləndirmə mütəxəssislərinin bacarıqlarının artırılması, o cümlədən xarici keyfiyyət təminatı tələbləri ilə uzlaşdırmanın aparılması sahəsində rəy, məsləhət və dəstək verir.